Bank Of Baku

Mixail Şvıdko: “Müslüm Maqomayevin vəfatı Rusiya üçün də böyük itkidir”

Mixail Şvıdko: “Müslüm Maqomayevin vəfatı Rusiya üçün də böyük itkidir”
# 29 oktyabr 2008 10:55 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Müslüm Maqomayev hazırda mövcud olmayan böyük bir məkanın insanlarını birləşdirən mədəniyyət xadimlərindən idi”. APA-nın məlumatına görə, bu sözləri Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdko jurnalistlərə açıqlamasında deyib. M. Şvıdko Müslüm Maqomayevi milyonlarla insanın pərəstiş etdiyi insan adlandırıb: “O öz sənəti ilə milyonlarla insanı bir yerə toplamağı bacarıb. Təəssüf ki, belə insanların sayı azalmaqdadır. Bu baxımdan, Müslüm Maqomayevin vəfatı Rusiya üçün də böyük itkidir”.

Mərasimə Rusiya dövlətinin adından qatıldığını deyən M. Şvıdko azərbaycanlı müğənninin adının ölkəsində də əbədiləşdiriləcəyini söyləyib: “Müslüm Maqomayev həm də şəxsiyyət, ətrafındakılara və özünə hörmət edən insan idi”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR