Bank Of Baku

Nijni-Novqorodda işgəncəyə məruz qalan Azərbaycan vətəndaşı bu ölkənin insan hüquq təşkilatlarına müraciət edib

Nijni-Novqorodda işgəncəyə məruz qalan Azərbaycan vətəndaşı bu ölkənin insan hüquq təşkilatlarına müraciət edib
# 29 oktyabr 2008 11:02 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Azərbaycan vətəndaşı Emil Dadaşov milis əməkdaşı tərəfindən döyülməsi faktı ilə əlaqədar Nijni-Novqorod işgəncələrə qarşı mübarizə komitəsinə müraciət edib. Soydaşımız milis əməkdaşını ksenofobiya və işgəncə faktında günahlandırıb. Bu barədə APA-ya komitədən məlumat veriblər. Hüquq müdafiəçilərinin məlumatına görə, insident 2008-ci il martın 31-də baş verib. Emil Dadaşov axşam saatlarında tanışları ilə birlikdə saxlanaraq milis idarəsinə gətirilib. İnzibati qaydada saxlanan şəxslərin saxlandığı kameraya daxil olan mülki geyimli beş nəfər şəxs Emil Dadaşovu milli və dini zəmində təhqir edərək elektrik çubuğu ilə döyüblər. Daha sonra qafqazlıları görməyə gözü olmadığını deyən bir şəxs Dadaşovun sifətinə başla zərbə endirib. Nəticədə Emil Dadaşovun üç dişi sınıb. Milis işçilərinin müdaxiləsi nəticəsində soydaşımıza işgəncə verilməsi dayandırılıb. Lakin Nijeqorod istintaq bölməsinin müstəntiqləri faktla bağlı cinayət işi başlamaqdan imtina ediblər. Onlar bildiriblər ki, Dadaşovu döyən milis əməkdaşı həmin vaxt rəsmən işdə olmadığına görə onun hərəkətləri vəzifə səlahiyyətlərindən sui-istifadə kimi dəyərləndirilə bilməz.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR