Bank Of Baku

Bərdədə avtomobilin çaya düşməsi nəticəsində iki nəfər ölüb

Bərdədə avtomobilin çaya düşməsi nəticəsində iki nəfər ölüb
# 29 oktyabr 2008 11:27 (UTC +04:00)
Bərdə. Teymur Zahidoğlu-APA. Ötən gecə saat 23.00 radələrində Bərdə rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, Aran-Bəhramtəpə yolunun 34-cü kilometrliyində, 10 UG 566 dövlət nömrə nişanlı “Mersedes” markalı avtomobil Tərtər çayı üzərindəki körpüyə çatarkən dönmə hərəkətini düzgün yerinə yetirə bilmədiyi üçün çaya düşüb. Nəticədə avtomobilin sürücüsü, 1973-cü il təvəllüdlü Bərdə rayon sakinləri Səbuhi İbrahimov və onun sərnişini, 1982-ci il təvəllüdlü Rəhman Məmmədov hadisə yeridə dünyalarını dəyişiblər. Ehtimala görə, qəzaya avtomobilin yüksək sürətlə idarə edilməsi, sürücünün içkili olması səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR