Bank Of Baku

Azərbaycan prezidenti dünya şöhrətli müğənni Müslüm Maqomayevlə vida mərasiminə qatılıb

Azərbaycan prezidenti dünya şöhrətli müğənni Müslüm Maqomayevlə vida mərasiminə qatılıb
# 29 oktyabr 2008 11:49 (UTC +04:00)
APA-nın məlumatına görə, xanımı Mehriban Əliyeva ilə birlikdə vida mərasiminin keçirildiyi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına gələn dövlət başçısı böyük sənətkara ehtiramını ifadə edib, onun xanımı Tamara Sinyavskayaya və ailəsinin digər üzvlərinə başsağlığı verib. Prezidentlə birlikdə vida mərasiminə dövlət və hökumət üzləri, millət vəkilləri, mədəniyyət və incəsənət xadimləri də qatılıblar.

Qeyd edək ki, M. Maqomayevlə vida mərasimi bu gün saat 11.00-da başlayıb. Filarmoniyanın qarşısında dahi sənətkara son borcunu ödəmək istəyən insanların böyük növbəsi yaranıb. Zalda M. Maqomayevin ifa etdiyi mahnılar səslənir.

Vida mərasimi saat 15.00-da başa çatacaq.

M. Maqomayev saat 16.00-da I Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, M. Maqomayev uzun sürən xəstəlikdən sonra oktyabrın 25-də Moskvadakı mənzilində vəfat edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR