Bank Of Baku

Bakıda cibgirliklə məşğul olmaqda təqsirləndirilən iki qadın həbs edilib

Bakıda cibgirliklə məşğul olmaqda təqsirləndirilən iki qadın həbs edilib
# 30 oktyabr 2008 11:47 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakıda uzun illər cibgirliklə məşğul olmaqda təqsirləndirilə iki qadın həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1979-cu il təvəllüdlü Almaz Aslan qızı Aslanova və 1978-ci il təvəllüdlü Liliya Polbınskaya Sergeyevna Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulublar. Onlar ilkin dindirilmə zamanı uzun illər cibgirliklə məşğul olduqlarını etiraf ediblər. Bildirilib ki, polis əməkdaşları saxlanılan şəxslərin yaşadığı mənzillərə baxış keçirdiyi zaman oradan 32 ədəd portmanat və müxtəlif markalı mobil telefonlar aşkar edilərək götürülüb. Məlumata görə, qadınlar əvvəllər məhkum ediliblər. Faktla bağlı Nəsimi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR