Bank Of Baku

Bakı Şəhər Prokurorluğu Suraxanı rayonunda atanın azyaşlı övladını qətlə yetirməsi ilə bağlı açıqlama yayıb

Bakı Şəhər Prokurorluğu Suraxanı rayonunda atanın azyaşlı övladını qətlə yetirməsi ilə bağlı açıqlama yayıb
# 30 oktyabr 2008 12:19 (UTC +04:00)
Prokurorluqdan APA-ya verilən məlumata görə, oktyabrın 29-da saat 18.05-də Suraxanı rayonunun Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsi 19 saylı evdə yaşayan, 1985-ci ildə İsmayıllı rayonunun Namazgah kəndində anadan olan X. Mürsəlov sərxoş halda ailə münaqişəsi zəminində arvadı, 1986-cı ildə Kürdəmir rayonunda anadan olmuş, hamilə vəziyyətində olan Heydərova Lamiyə Knyaz qızına bıçaqla iki, oğlu, 2007-ci il təvəllüdlü Nurulla Mürsəlovun boğaz nahiyəsindən isə bıçaqla dörd zərbə vurduqdan sonra hadisə yerindən qaçıb. Bildirilib ki, Lamiyə Heydərova 3 saylı Klinik Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, həkimlər tərəfindən göstərilmiş ilkin tibbi yardım nəticəsində onun həyatı xilas edilib. Azyaşlı Mürsəlov Nurulla Xamis oğlu isə aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı dərhal Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.8 (hamilə vəziyyətində olan qadını qəsdən öldürməyə cəhd), 120.2.9-cu (qəsdən köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə cinayət işi başlanıb, prokurorluq və polis idarəsinin əməkdaşlarından ibarət əməliyyat- istintaq qrupu yaradılıb. Qeyd olunub ki, hadisənin “isti izlər”lə açılması istiqamətində görülən tədbirlər nəticəsində X. Mürsəlov polis əməkdaşları tərəfindən tutularaq istintaqa verilib. Hazırda Suraxanı rayon prokurorluğunda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR