Bank Of Baku

Bakı sakininin evindən 10 min manat dəyərində zinət əşyaları oğurlanıb

Bakı sakininin evindən 10 min manat dəyərində zinət əşyaları oğurlanıb
# 31 oktyabr 2008 08:20 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Bakı sakininin evindən 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, oğurluq hadisəsi Yasamal rayonunda baş verib. Rayon sakini Gülnarə Salahova Yasamal Polis İdarəsinin 26-cı polis bölməsinə ərizə ilə müraciət edərək kirayə yaşadığı evindən 10 min manat dəyərində zinət əşyalarının oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri operativ əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Əsmər Rüstəm qızı Ramazanova saxlanılıb. Ə. Ramazanova ilkin dindirmə zamanı oğurluq əməlini etiraf edib. Faktla bağlı Yasamal Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR