Bank Of Baku

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib
# 31 oktyabr 2008 08:24 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol-qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə Sabunçu-Zabrat yolunda qeydə alınıb. Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Sahib Nadir oğlu Alışov idarə etdiyi “BMW” markalı, 10 OU 520 dövlət nömrə nişanlı avtomobilə yol kənarındakı 35-40 yaşlı kişini vurub. Zərərçəkən aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Hazırda Sabunçu rayon Polis İdarəsinin istintaq şöbəsində ölənin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində iş aparılır və qəzanın baş vermə səbəbləri araşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR