Bank Of Baku

Şəkidə baş verən yol qəzasında 1 nəfər ölüb, 1 nəfər ağır yaralanıb

Şəkidə baş verən yol qəzasında 1 nəfər ölüb, 1 nəfər ağır yaralanıb
# 31 oktyabr 2008 08:46 (UTC +04:00)
Şəki. Vüqar Heydərov-APA. Ötən gecə saat 21.00 radələrində Şəki rayonunun Aşağı Göynük kəndi ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın Şəki-Zaqatala bürosunun xəbərinə görə, Şəki rayonunun Baş Laysqı kənd sakini, 1956-cı il təvəllüdlü Nurullayev Hikmət Lütüş oğlunun idarə etdiyi “VAZ-2107” markalı 10 NB 557 dövlət nömrə nişanlı avtomobil onun həmkəndlisi, 1972-ci il təvəllüdlü Zəkəriyyəyev Rövzət Tapdıq oğlunun idarə etdiyi 96-86-AQR nömrə nişanlı avtomaşınla toqquşub. Nəticədə H. Nurullayev və onun sərnişini 1991-ci il təvəllüdlü Həbibullayev Vüqar İsfəndiyar oğlu aldıqları xəsarətlərlə Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. H. Nurullayev orada dünyasını dəyişib. V. Həbibullayevin vəziyyətinin isə ağır olduğu bildirilir. Faktla bağlı Şəki rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR