Bank Of Baku

Ötən gün Qaradağda 38 yaşlı qadının keçmiş həyat yoldaşı tərəfindən qətlə yetirildiyi məlum olub

Ötən gün Qaradağda 38 yaşlı qadının keçmiş həyat yoldaşı tərəfindən qətlə yetirildiyi məlum olub
# 31 oktyabr 2008 10:45 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Ötən gün Bakıda baş vermiş dəhşətli qətl hadisəsinin üstü açılıb. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1970-ci il təvəllüdlü Ağcabədi rayon sakini Tünzalə Əliyevanın keçmiş həyat yoldaşı tərəfindən qətlə yetirildiyi müəyyənləşdirilib.

T. Əliyeva Ağcabədi rayonunda Firudin Abbas oğlu Əhmədov adlı şəxslə ailə həyatı qurub və bu nikahdan dörd uşaq dünyaya gəlib. Aralarında tez-tez münaqişə yarandığı üçün həyat yoldaşından ayrılan T. Əliyeva övladlarını atasının himayəsində qoyaraq Bakı şəhərinə yollanıb. Paytaxtda başqa birisi ilə ailə həyatı quran T. Əliyeva Lökbatan qəsəbəsi, Nərimanov küçəsi, ev 12A, mənzil 31-də kirayədə qalıb. Ötən gün 16 yaşlı oğlu Səbaillə birgə Bakı şəhərinə gələn F. Əhmədov keçmiş həyat yoldaşının qaldığı evə gedib. Oğlunu qapıda görən ana onları evə dəvət edib. Bir qədər sonra T. Əliyeva ilə keçmiş həyat yoldaşı arasında yenidən mübahisə yaranıb. F. Əhmədov övladının gözü qarşısında üzərində olan bıçaqla T. Əliyevanı amansızcasına qətlə yetirib və oğlu ilə birlikdə Ağcabədiyə qayıdıb.

Qaradağ rayon Polis İdarəsinin Ağcabədi rayon Polis Şöbəsi ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində F. Əhmədov həbs edilib. Faktla bağlı Qaradağ Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR