Bank Of Baku

Metroda heroin satan şəxs həbs edilib

Metroda heroin satan şəxs həbs edilib
# 31 oktyabr 2008 10:48 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Bakı metrosunda heroin satan şəxs həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Metropolitendə Polis Şöbəsi (MPŞ) əməkdaşlarının şöbəyə daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində 1979-cu il təvəllüdlü Rəşad Araz oğlu Xələfov saxlanılıb. Üzərinə baxış keçirilərkən ondan 0,249 qram heroin aşkar edilərək götürülüb. İlkin dindirmə zamanı R. Xələfov heroini satış məqsədilə əldə etdiyini etiraf edib. Faktla bağlı MPŞ-də Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik maddələri əldə etmə, saxlama, hazırlama, daşıma və ya satma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR