Bank Of Baku

Azərbaycan paytaxtındakı orta məktəblərdən birində kütləvi zəhərlənmə baş verib

Azərbaycan paytaxtındakı orta məktəblərdən birində kütləvi zəhərlənmə baş verib
# 31 oktyabr 2008 10:51 (UTC +04:00)
Məktəbin direktoru Tahir Süleymanovun APA-ya verdiyi məlumata görə, ikinci dərsdən sonra 5-ci sinif şagirdi Əliyeva Rəhimə ad günü münasibəti ilə doqquz sinif yoldaşına Ukraynanın istehsalı olan “Bonjur” keksi verib. Onun sözlərinə görə, R. Əliyeva dünən və bu gün səhər həmin kekslərdən üçünü yesə də, onun səhhətində heç bir problem yaranmayıb. Amma sinif yoldaşları – Tərlan Şahverdiyev, Qorqud Lətifli, Elvin Mazalov, Uğur Qasımov, Vəfa Yarəliyeva, Lamiyə Süleymanova, Aygün Əlizadə, Suliyyə Fərruxzadə, Turanə Nadirova bu keksi yedikdən sonra zəhərləniblər. T. Süleymanov bildirib ki, Əhmədli qəsəbəsində yerləşən “İlqar” marketdən alınmış bu kekslərin üzərində istifadə müddətinin 2009-cu ilin fevralında bitəcəyi qeyd edilib.
Direktor 1 saylı Uşaq Yoluxucu Xəstəxanasına aparılan uşaqların vəziyyətinin hazırda kafi olduğunu deyib. Onun sözlərinə görə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi artıq məsələ ilə bağlı araşdırma aparmağa başlayıb. 1 saylı Uşaq Yoluxucu Xəstəxanasının baş həkiminin müavini Ofeliya Əliyevanın APA-ya verdiyi məlumata görə, xəstəxanaya qida zəhərlənməsi diaqnozu ilə gətirilən 9 şagirdin həyatını xilas etmək üçün bütün tədbirlər görülüb, hazırda onların durumu normaldır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR