Bank Of Baku

Gəncədə bıçaqlanma hadisəsi baş verib

Gəncədə bıçaqlanma hadisəsi baş verib
# 31 oktyabr 2008 12:46 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı-APA. Ötən gecə Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib. Gəncə şəhər Polis İdarəsinin müstəntiqi Şahin Sadıqovun APA-ya verdiyi məlumata görə, 26 yaşlı Gəncə sakini Eldəniz Məmmədov Eminbəyli küçəsində yaşayan Ceyhun Rüstəmova 6 bıçaq zərbəsi vurub. Məlumata görə, hadisə mübahisə zəminində baş verib. E. Məmmədovun hadisəni törədərkən sərxoş vəziyyətdə olduğu bildirilib.
C. Rüstəmov Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb və onun üzərində cərrahiyyə əməliyyatı aparılıb. Onun vəziyyətinin ağır olduğu bildirilib. E. Məmmədov tutulub. Faktla bağlı Gəncə şəhər Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR