Bank Of Baku

Məhkəmə Nazim Quliyevin cinayət məsuliyyətinə cəlb olunması haqqında qərar qəbul edib

Məhkəmə Nazim Quliyevin cinayət məsuliyyətinə cəlb olunması haqqında qərar qəbul edib
# 31 oktyabr 2008 12:46 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Nəsimi rayon Məhkəməsi “İdeal” qəzetinin baş redaktoru Nazim Quliyev barəsində həbs-qətimkan tədbiri seçib. APA-nın məlumatına görə, bu iş üzrə iddiaçı qismində “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı tanınıb. T. Rüstəmxanlı N. Quliyevin Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib.

Oktyabrın 29-da hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən iclasda N. Quliyevin qeyd olunmuş maddələr üzrə cinayət məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edilib, onun barəsində həbs-qətimkan tədbiri seçilib, o, axtarışa verilib. N. Quliyev tutulduqda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin I saylı İstintaq Təcridxanasına etap edilməlidir.

Məhkəmə qərarın icrasını Nəsimi rayon Polis İdarəsinə həvalə edib. N. Quliyev tutulanadək iş üzrə icraat dayandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR