Bank Of Baku

Ombudsmanın nümayəndələri Qobustan həbsxanasına baxış keçiriblər

Ombudsmanın nümayəndələri Qobustan həbsxanasına baxış keçiriblər
# 31 oktyabr 2008 12:55 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Bu gün Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qobustan həbsxanasına baxış keçiriblər. Bu barədə APA-ya Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib. Hazırda Qobustan həbsxanasında 634 məhkum cəza çəkir. Onlardan 235-i ömürlük, digərləri isə müddətli həbs cəzalarına məhkum edilmiş şəxslərdir.

Ombudsmanın nümayəndələri həbsxananın sanitar tibb xidmətinə, cərimə təcridxanasına, yeməkxanaya, görüş otaqlarına və məhkumların saxlanıldığı korpuslara baxış keçirib yeməyin keyfiyyətini yoxlayıblar. Ömürlük həbs cəzasına məhkum olunmuş Zakir Nəsirov, Vaqif Mikayılov, Şakir Rzaxanov, Arzu Orucov, Kamran Müslümovun qaldırdıqları məsələlərlə əlaqədar müəssisə rəhbərliyinə tövsiyələr verilib. Monitorinq məhkumların saxlanma şəraiti ilə bağlı bir sıra irəliləyişlərin olduğunu da aşkara çıxarıb.

Ömürlük həbs cəzasına məhkum olunmuş şəxslərin kameralarında dövlət vəsaiti hesabına 150-dən çox rəngli televizor quraşdırılıb, məhkumlar gün ərzində 4 saat televizora baxa bilirlər. Ömürlük azadlıqdan məhrum olunmuş şəxslərə telefonla danışmaq üçün il ərzində altı dəfə müddəti 10 dəqiqə olmaqla icazə verilirdisə, hazırda bu müddət 4 dəfə artırılaraq ayda 2 dəfə 15 dəqiqə olub. Ömürlük məhkumların yaxınları ilə qısamüddətli görüşlərə il ərzində 6, uzunmüddətli görüşlərə isə ildə 2 dəfə icazə verilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR