Bank Of Baku

13 il əvvəl Gəncədə oğurluq edən şəxs Ukraynada həbs edilib

13 il əvvəl Gəncədə oğurluq edən şəxs Ukraynada həbs edilib
# 31 oktyabr 2008 12:56 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı-APA. Gəncə şəhərində 13 il əvvəl oğurluq etməkdə təqsirləndirilən şəxs həbs edilib. Bu barədə APA-ya Gəncə şəhər Polis İdarəsinin müstəntiqi Nazim Məmmədov bildirib. Məlumata görə, 1995-ci ildə Gəncə şəhər sakini Şakir Qulam oğlu Allahverdiyevə məxsus evdə Ceyhun Rəşid oğlu Musayevlə birgə oğurluq edən Tahir Eldar oğlu Nəzərov Ukraynada tutulub. Təqsirləndirilən şəxs Gəncə şəhər Polis İdarəsinin əməkdaşlarına təhvil verilib. Bildirilib ki, T. Nəzərov və C. Musayev müxtəlif ev əşyaları və 600 ABŞ dolları oğurlamaqda təqsirləndirilirlər. Qeyd olunub ki, onlar oğurluq hadisəsini törətdikdən sonra Rusiyaya qaçıblar. Hazırda C. Musayevin axtarışı davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR