Bank Of Baku

Azərbaycan paytaxtında «Söz azadlığının müdafiəsində məhkəmələrin rolu» mövzusunda dəyirmi masa keçirilib

Azərbaycan paytaxtında «Söz azadlığının müdafiəsində məhkəmələrin rolu» mövzusunda dəyirmi masa keçirilib
# 29 noyabr 2008 13:52 (UTC +04:00)
Bakı. Hafiz Hacıyev – APA. Bu gün Məhkəmə Hüquq Şurasında Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) və Amerika Hüquqşünaslar Assosiasiyasının (AHA) birgə təşkilatçılığı ilə «Söz azadlığının müdafiəsində məhkəmələrin rolu» mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, toplantıda AHK-nin sədri, Məhkəmə Hüquq Şurasının üzvü Əli Hüseynov, AHA-nın Azərbaycan üzrə direktoru David Rubino, AHA-nın eksperti, professor Entoni Uinter və 25 hakim iştirak edib.
Tədbiri giriş sözü ilə açan Ə.Hüseynov Azərbaycanda söz azadlığının müdafiəsi istiqamətində görülmüş işlərdən danışıb. Daha sonra tədbirdə E.Uinter ABŞ-da söz azadlığının müdafiəsində məhkəmələrin rolu mövzusunda məruzə ilə çıxış edib. O, bu sahədə ABŞ məhkəmə sistemində aparılan işlərdən danışaraq müxtəlif təlimlər təşkil edib.
Tədbir zamanı hakimlərə AHK, Bakı Hüquq Mərkəzi və Avrasiya Hüquqşünaslar Assosiasiyasının Avropa Şurasının dəstəyi ilə nəşr etdiyi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bülleteninin Azərbaycan dilində və Avropa Konvensiyasının 10 maddəsini əhatə edən nəşrlər və metodiki vasitələr təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR