Bank Of Baku

Azərbaycanın Şəki rayonuna təbii qazın verilməsi dayandırılıb

Azərbaycanın Şəki rayonuna təbii qazın verilməsi dayandırılıb
# 30 noyabr 2008 13:57 (UTC +04:00)
Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki rayon sakinləri məlumat verib. Şəki rayon sakinlərinin sözlərinə görə, heç bir xəbərdarlıq olmadan bu gün səhər saat 07.00 radələrində rayona təbii qazın verilməsi dayandırılıb.

Şəki rayon Qaz Paylayıcı Stansiyasından(QPS) APA-ya verilən məlumatda rayona təbii qazın verilməsinin dayandırılması faktı təsdiqlənib, buna səbəb Öyrət kəndi ərazisindən keçən əsas qaz xəttində qəzanın baş verilməsi göstərilib. Hazırda Şəki QPS-nın əməkdaşları hadisə yerində baş verən qəzanı aradan qaldırılması istiqamətində iş görür. Təmir işləri başa çatan kimi, Şəkiyə təbii qazın verilməsi bərpa ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR