Bank Of Baku

Gəncədə itkin düşmüş sahibkar tapılıb

Gəncədə itkin düşmüş sahibkar tapılıb
# 30 noyabr 2008 14:07 (UTC +04:00)
APA-nın qərb bürosunun məlumatına görə, sahibkar Malik Hüseynovun itkin düşməsi ilə bağlı mediaya verilən xəbərdə bildirilirdi ki, onun banklara və fərdi şəxslərə borcu olub.

M. Hüseynov borcu olduğunu etiraf etsə də, evi ailə münaqişəsi zəminində tərk etdiyini deyib: ”Dövlət biz sahibkarlara hər bir şərait yaradıb . Mənim borcum ola bilər. Amma evi tərk etməyimə səbəb atamla mübahisə etməyim olub. Ötən 8 gündə Göygöl rayonunun Qırıqlı kəndində avtomobilin içərisində qalırdım”.

Nizami rayon Polis Şöbəsinin rəis müavini Sulduz Məmmədov APA-nın yerli bürosuna deyib ki, M. Hüseynovdan hələlik heç bir bank şikayətçi olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR