Bank Of Baku

Azərbaycan paytaxtında ana və oğlunu xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən şəxs həbs edilib

Azərbaycan paytaxtında ana və oğlunu xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən şəxs həbs edilib
# 01 dekabr 2008 07:29 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) APA-ya verilən məlumata görə, noyabr ayının 26-da Suraxanı rayonu Hövsan qəsəbəsi, Çöllük küçəsi ev 38 b-də baş vermiş ağır cinayət hadisəsinin üstü açılıb. BŞBPİ-nin, şəhər Prokurorluğu və Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsi ilə birgə həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində adıçəkilən ünvanda yaşayan 1969-cu il təvəllüdlü Nərminə Quliyeva və onun oğlu, 1992-ci il təvəllüdlü Elnur Qulizadəni xüsusi amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən, 1985-ci il təvəllüdlü Elşən Muradov saxlanılaraq məsuliyyətə cəlb edilib. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, E. Muradov qətlə yetirilən E. Qulizadənin dostu olub. Dostunu və onun anasını xüsusi amansızlıqla qətlə yetirən E. Muradov daha sonra özü bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məsuliyyətə cəlb edilən E. Muradov ilkin dindirilmə zamanı dostunu və onun anasını qətlə yetirdiyini etiraf edib. Faktla bağlı hazırda istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, keçən ayın 26-da Suraxanı rayonu Hövsan qəsəbəsi, Çöllük küçəsi ev 38 b ünvanında yaşayan 1969-cu il təvəllüdlü Nərminə Quliyeva və onun oğlu, 1992-ci il təvəllüdlü Elnur Qulizadə yaşadıqları mənzildə xüsusi amansızlıqla qətlə yetiriliblər. Onların cəsədlərini ev sahibi, Elmir Quliyev aşkar edərək bu barədə hüquq-mühafizə orqanlarına məlumat verib. Hadisə yerinə gələn Suraxanı rayon və Bakı şəhər Prokurorluğunun istintaq qrupu ananın üzərində 20-i, 16 yaşlı Elnurun üzərində isə 10-dan çox bıçaq yarası müəyyən ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR