Bank Of Baku

Lənkəranda baş verən yol qəzasında bir nəfər ağır xəsarət alıb

Lənkəranda baş verən yol qəzasında bir nəfər ağır xəsarət alıb
# 01 dekabr 2008 08:06 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Ələt-Astara avtomobil yolunun 186-cı kilometrliyində -Lənkəran rayonunun Liman şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Lənkəran şəhər Polis Şöbəsinin müstəntiqi Hikmət Ağayevin APA-nın cənub bürosuna verdiyi məlumata görə, Liman şəhər sakini, 1984-cü il təvəllüdlü Şahin Aslan oğlu Bağırovun idarə etdiyi “VAZ-2106” markalı 42 BB 880 dövlət nömrə nişanlı avtomobil rayonun Şilavar kənd sakini, 1979-cu il təvəllüdlü Əhliman İdris oğlu Ağayevin idarə etdiyi “KamAZ” markalı 10 GL 820 dövlət nömrə nişanlı yük maşını ilə toqquşub. Nəticədə “VAZ-2106”-nın sürücüsü müxtəlif bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Lənkəran şəhər Polis Şöbəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR