Bank Of Baku

Bakıda 92 yaşlı qadın yol qəzasında ölüb

Bakıda 92 yaşlı qadın yol qəzasında ölüb
# 01 dekabr 2008 08:53 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Azərbaycan paytaxtında 92 yaşlı qadını maşın vurub. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə paytaxtın Ə. Əliyev küçəsində baş verib. Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü İlham Quliyev idarə etdiyi, “Azəri Lizinq” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “KamAz” markalı, 10 JZ 604 dövlət nömrə nişanlı yük maşını ilə piyada, 1916-cı il təvəllüdlü Sürəyya Əzizbala qızı Heybətovanı vurub. Qəza nəticəsində 92 yaşlı qadın aldığı bədən xəsarətindən hadisə yerindəcə keçinib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR