Bank Of Baku

Bakı sakininin evindən xeyli miqdarda silah-sursat götürülüb

Bakı sakininin evindən xeyli miqdarda silah-sursat götürülüb
# 01 dekabr 2008 08:59 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Bakı sakininin evindən xeyli miqdarda silah-sursat götürülüb. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi və Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi əməkdaşları birgə əməliyyat keçirib. Polis əməkdaşlarına daxil olan əməliyyat məlumatları əsasında keçirilən tədbirlər zamanı, paytaxtın M.Ə.Rəsulzadə qəsəbəsində qeydiyyatda olan, 1955-ci il təvəllüdlü Mahmudova Gavə Sədulla qızının kirayədə yaşadığı mənzilində axtarış aparılıb. Aparılan axtarış nəticəsində oradan 1 ədəd 1972-ci ildə buraxılmış “EM-9005” nömrəli “Makarov” tipli tapança (8 ədəd patronla birlikdə), 1 ədəd “RU-2662” nömrəli “UZİ” markalı avtomat tapança (1 ədəd səsboğucu ilə birlikdə), 1 ədəd nömrəsiz “Naqan” tipli tapança (14 ədəd patronla birlikdə) aşkar olunaraq götürülüb. Hazırda aşkar edilmiş silah-sursatın hər hansı bir cinayətdə istifadə olunub-olunmadığı araşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR