Bank Of Baku

Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirləndirilən Gürcüstan vətəndaşları həbs edilib

Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirləndirilən Gürcüstan vətəndaşları həbs edilib
# 01 dekabr 2008 09:12 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirləndirilən Gürcüstan vətəndaşları həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qaraçuxur qəsəbəsində kirayədə yaşayan, Gürcüstan Respublikasının vətəndaşları, 1984-cü il təvəllüdlü Cavaxian Şoto Tengiriviç, 1978-ci il təvəllüdlü Tkeşelaşvili Qriqori Demiroviç, 1987-ci il təvəllüdlü Nerqadze Roman Romanoviç şübhəli şəxs qismində saxlanılıblar. Onların üzərinə baxış keçirilən zaman, Cavaxian Şoto Tengiriviçin üstündən 0,254 qram, Tkeşelaşvili Qriqori Demiroviçdən 0,223 qram və Nerqadze Roman Romanoviçdən 0,241 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR