Bank Of Baku

Bakıda hüquq məsləhətçisinin 5 min manat pulunu mənimsəyən qadın həbs edilib

Bakıda hüquq məsləhətçisinin 5 min manat pulunu mənimsəyən qadın həbs edilib
# 01 dekabr 2008 09:57 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakıda hüquq məsləhətçisinin 5 min manat pulunu mənimsəyən qadın həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, saxlanan şəxs, 1961-ci il təvəllüdlü Məmmədova Sücayət Nağı qızı uzun müddət Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub. O, hüquq müdafiəçisi Vaqif Nəzirov adlı şəxsin həyat yoldaşını işə düzəltmək adı ilə 5 min manat pulunu mənimsəməkdə təqsirli bilinir. Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məmmədova Sücayət Nağı qızı həbs edilib. Hazırda saxlanan şəxs barəsində istintaq tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR