Bank Of Baku

Avropa Məhkəməsi ilə Azərbaycan hökuməti arasında daha üç şikayətlə bağlı kommunikasiya başlayıb

Avropa Məhkəməsi ilə Azərbaycan hökuməti arasında daha üç şikayətlə bağlı kommunikasiya başlayıb
# 01 dekabr 2008 10:18 (UTC +04:00)
Bakı-APA. Avropa İnsan Hüquqları Məhkəməsi ilə Azərbaycan hökuməti arasında daha üç şikayətlə bağlı kommunikasiya başlayıb. Bu barədə APA-ya Hüquq Maarifçiliyi Cəmiyyətinin İnformasiya xidmətindən bildirilib. Məlumata görə, bu işlər 2005-ci ilin parlament seçkiləri ilə bağlı “Azərbaycan naminə” İctimai Forumun prezidenti Eldar Namazovun, Milli Məclisin sabiq spikeri Yaqub Məmmədovun, AXCP funksioneri Nemət Əliyevin və Elçin Rzayevin Starsburqa göndərdiyi şikayətlərlə bağlıdır. Həmin şikayətlərlə bağlı Avropa Məhkəməsi Azərbaycana sorğular göndərib. Sorğulara cavab verilməsi üçün Azərbaycan hakimiyyətinə mart ayının 6-na qədər vaxt verilib.
Qeyd olunub ki, E. Namazov şikayətində 15 saylı Yasamal birinci seçki dairəsində keçirilən seçkilər üzrə İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyanın 1 saylı Protokolunun 3-cü (azad seçki hüququ), 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) hüquqlarının pozunlduğunu iddia edib.
Y. Məmmədovun şikayətində isə 22 saylı Nəsimi ikinci seçki dairəsi üzrə keçirilən seçkilərdə Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsi ilə təminat verilən azad seçki hüququna əsassız müdaxilə baş verdiyini qeyd olunub.
N. Əliyev 93 saylı Bərdə şəhər seçki dairəsində Avropa Konvensiyanın 1 saylı Protokolunun 3-cü (azad seçki hüququ), Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddələri ilə təminat verilən hüquqlarının pozuntusundan şikayət edib. E. Rzayev 96 saylı Goranboy-Naftalan seçki dairəsində keçirilən seçkilərdə Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsi ilə təminat verilən azad seçki hüququna əsassız müdaxilə baş verdiyi iddia edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR