Bank Of Baku

Hacıqabul sakininin ölümünə səbəb olan şəxs tutulub

Hacıqabul sakininin ölümünə səbəb olan şəxs tutulub
# 01 dekabr 2008 10:28 (UTC +04:00)
Bakı-APA. Hacıqabul rayonunun Rəncbər kənd sakini Emin Hüseynovu döyərək yetirdiyi xəsarətlərdən ölümünə səbəb olan Balaqardaş Məlikov tutulub. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, noyabrın 20-də Hacıqabul rayonunun Rəncbər kəndində, kənd sakini Balaqardaş Məlikov münaqişə zəminində həmkəndlisi Emin Hüseynovu döyüb. E. Hüseynov noyabrın 28-də xəstəxanada dünyasını dəyişib. Faktla əlaqədar cinayət işi başlanıb və Hacıqabul rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində B. Məlikov tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR