Bank Of Baku

Dələduzluqda təqsirləndirilən Bakı sakinləri barəsində araşdırma aparılır

Dələduzluqda təqsirləndirilən Bakı sakinləri barəsində araşdırma aparılır
# 01 dekabr 2008 10:34 (UTC +04:00)
Bakı-APA. Dələduzluq etməkdə təqsirləndirilən Bakı şəhər sakinləri barəsində araşdırma aparılır. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, bu ilin mart ayında Bakı şəhər sakini Asif Xəlilov həmyerlisi Rəhbər Bayramovun etimadını qazanaraq torpaq sahəsi satacağı adı ilə ondan 5000 ABŞ dolları alıb. Faktla bağlı Xətai rayon Polis İdarəsinin 37-ci Polis Bölməsi tərəfindən araşdırmalar aparılır. Bu il avqustun 27-də isə Xətai rayonundakı Gəncə prospektində yaşayan Tamilla Eyyubova Bakı şəhər sakini Faiq Vəliyevin etimadını qazanaraq ev satacağı adı ilə ondan 25 000 ABŞ dolları alıb. Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi tərəfindən araşdırmalar aparılır. Məlumata görə, bu il aprelin 19-da Xətai rayonundakı Telnov küçəsində yaşayan Mehbarə Niftullayeva Bakı şəhər sakini İlyas İmanovun etimadını qazanaraq işə düzəldəcəyi adı ilə ondan 5200 ABŞ dolları alıb. Faktla bağlı Xətai rayon Polis İdarəsinin 34-cü Polis Bölməsi tərəfindən araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR