Bank Of Baku

Sumqayıtda baş verən yol qəzasında 3 nəfər yaralanıb

Sumqayıtda baş verən yol qəzasında 3 nəfər yaralanıb
# 01 dekabr 2008 10:39 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Azərbaycanın Sumqayıt şəhərində baş verən yol-qəzasında üç nəfər ağır yaralanıb. Sumqayıt şəhər Polis İdarəsindən (ŞPİ) APA-ya verilən məlumata görə, şəhər sakini, Bəhruz İskəndər oğlu Kazımov idarə etdiyi, “Mercedes” markalı, 10 UX 827 dövlət nömrə nişanlı maşını yüksək sürətlə idarə edərkən yeraltı su xəttinin keçdiyi xəndəyə aşırıb. Qəza nəticəsində maşının sürücüsü B. Kazımov, sərnişinlər, 1982-ci il təvəllüdlü Şahnisə Həsiyeva və 1980-cı il təvəllüdlü Vüqar Həsiyev ağır bədən xəsarəti ilə şəhər xəstəxanasına yerləşdiriliblər. Həkimlər yaralıların vəziyyətinin orta-ağır olduğunu bildiriblər. Faktla bağlı Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR