Bank Of Baku

Rəsul Quliyevin bacısı oğlu Elbrus Quliyevin istintaqı başa çatır

Rəsul Quliyevin bacısı oğlu Elbrus Quliyevin istintaqı başa çatır
# 01 dekabr 2008 10:43 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin həbs edilmiş bacısı oğlu Elbrus Quliyevin istintaq prosesi başa çatır. E. Quliyevin vəkili Fərhad Əliyevin APA-ya verdiyi məlumata görə, iş iki həftə ərzində məhkəməyə göndəriləcək. F. Əliyev bildirib ki, E. Quliyev həbs edildiyi 11 ay ərzində 3 dəfə həbs-qətimkan tədbirinin müddəti dəyişdirilib, istintaq prosesi uzadılıb. O, istintaq prosesində ciddi araşdırmaların aparılmadığını, E. Quliyevə qarşı irəli sürülmüş ittihamların sübut olunmadığını söyləyib. Vəkil E. Quliyevin səhhətinin normal olduğunu və saxlanıldığı I saylı istintaq təcridxanasında ona heç bir təzyiq göstərilmədiyini də əlavə edib.

Qeyd edək ki, Rəsul Quliyevin keçmiş biznes ortağı Cahangir Quliyevin şikayəti əsasında bu il fevralın 5-də Səbayel rayon Məhkəməsinin qərarı ilə Elbrus Quliyev haqqında həbs-qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə (külli miqdarda dələduzluq) cinayət işi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR