Bank Of Baku

Sumqayıtda İran vətəndaşından xeyli miqdarda narkotik götürüb

Sumqayıtda İran vətəndaşından xeyli miqdarda narkotik götürüb
# 01 dekabr 2008 10:44 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Sumqayıtda İran vətəndaşından yarım kiloqrama yaxın narkotik götürüb. Sumqayıt şəhər Polis İdarəsindən (ŞPİ) APA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, İran İslam Respublikasının vətəndaşı, 1979-cu il təvəllüdlü Elçin Kərimduxt şübhəli şəxs qismində saxlanılıb. Üzərinə baxış keçirilən zaman ondan ümumi çəkisi 412.03 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Faktla bağlı Sumqayıt ŞPİ-nin istintaq şöbəsində Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR