Bank Of Baku

"Akkord"a məxsus beton zavodundan armatur oğurlayan şəxslər tutulub

"Akkord"a məxsus beton zavodundan armatur oğurlayan şəxslər tutulub
# 01 dekabr 2008 10:48 (UTC +04:00)
Bakı-APA. "Akkord" Şirkətlər Qrupuna məxsus beton zavodundan armatur oğurlayan şəxslər saxlanılıb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, noyabrın 29-da Siyəzən rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Zarat kəndində "MAZ" markalı avtomaşına nəzarət qaydasında baxış keçirilib və orada müvafiq sənədləri olmayan ümumi uzunluğu 840 metr olan armatur aşkar edilib. Araşdırmalar zamanı qeyd edilən armaturların avtomaşının sürücüsü, Xızı rayon sakini Cəlaləddin Baxşıyev və onunla birgə olan həmyerliləri Aydın Səfərov və onun qardaşı Elxan tərəfindən Zarat kəndində yerləşən "Akkord" Şirkətlər Qrupuna məxsus beton zavodundan oğurlamaları müəyyən edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR