Bank Of Baku

Ali təhsili olmadan elmi iş yazan azərbaycanlı Cabbar Məmmədov ARDNŞ-də işə götürülüb

Ali təhsili olmadan elmi iş yazan azərbaycanlı Cabbar Məmmədov ARDNŞ-də işə götürülüb
# 01 dekabr 2008 12:40 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Ali Attestasiya Komissiyası tərəfindən ekstern qaydasında elmi iş müdafiəsinə buraxılan Cabbar Məmmədov Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) işə götürülüb. Bu barədə APA-ya məlumat verən C. Məmmədov mətbuata müsahibəsindən sonra ARDNŞ-in prezidenti Rövnəq Abdullayevin onu qəbul etdiyini və qurumun “Elm və texnika” şöbəsində işlə təmin olunmağı haqqında göstəriş verdiyini deyib: “Artıq 10 gündür əmrim verilib. Rövnəq müəllim məndən yalnız bir istəyinin olduğunu bildirdi. ARDNŞ prezidenti “səndən yeganə istəyim odur ki, hansısa yüksək beynəlxalq tribunalardan birində Azərbaycanın adını sənə görə səsləndirsinlər. Bunu mənə göstərsən, kifayətdir” dedi”.

C. Məmmədov özü haqqında müsahibədən sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin də onunla görüşdüyünü bildirib: “Əbülfəs Qarayev kitablarımın Avropa ölkələrindən birində nəşr olunmasına yardım göstərilməsi haqqında tapşırıq verdi”.

O, yaxın vaxtlarda baş tutacaq elmi müdafiəsi haqqında da məlumat verib: “Elmi rəhbərim akademik Səlahəddin Xəlilovdur. Hazırda elmi işimi onun məsləhətləri əsasında hazırlamaqdayam. O, nə zaman işi müdafiə üçün hazır bilsə, onda da müdafiə edəcəyəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR