Bank Of Baku

Almaniyanın ədliyyə nazirinin Azərbaycana səfəri nəzərdə tutulub

Almaniyanın ədliyyə nazirinin Azərbaycana səfəri nəzərdə tutulub
# 01 dekabr 2008 13:23 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Almaniyanın ədliyyə nazirinin gələn il Azərbaycana səfəri nəzərdə tutulub. Azərbaycanın Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu məsələ ədliyyə naziri Fikrət Məmmədovla Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Per Kristofer Stankina arasında keçirilən görüşdə səsləndirilib. Görüşdə bildirilib ki, bu yaxınlarda Azərbaycan nümayəndə heyətinin Almaniyaya səfəri zamanı iki ölkənin adıçəkilən dövlət qurumları arasında əməkdaşlığa dair sənədin hazırlanması haqda razılaşma olub. Görüşdə sənədin gələn ilin əvvəllərində Almaniya ədliyyə naziri Briqittı Syuprisin Azərbaycana səfəri zamanı imzalanmasının nəzərdə tutulduğu da qeyd edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR