Bank Of Baku

Gürcüstan vətəndaşı Bakıda yol qəzasında ölüb

Gürcüstan vətəndaşı Bakıda yol qəzasında ölüb
# 01 dekabr 2008 13:39 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Azərbaycan paytaxtında “KamAz”ın aşması nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib. Səbayel rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi Şövqi Əsgərovun APA-ya verdiyi məlumata görə, yol qəzası saat 16:00 radələrində, Badamdar şossesi 238 e ünvanında baş verib. Gürcüstan Respublikası vətəndaşı Nadir Allahverdiyevin idarə etdiyi “KamAz” markalı, 10 CH 811 dövlət nömrə nişanlı yük maşını yüksək sürətlə hərəkət edərkən yol kənarında yerləşən həyətə aşıb. Qəza nəticəsində “KamAz”ın sürücüsü N. Allahverdiyev aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR