Bank Of Baku

Vəkilliyə qəbulla bağlı 377 nəfər sənəd verib

Vəkilliyə qəbulla bağlı 377 nəfər sənəd verib
# 01 dekabr 2008 14:08 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Vəkilliyə qəbul imtahanları ilə bağlı 377 nəfər sənədlərini təqdim edib. Vəkillər Kollegiyasının sədr müavini Fərhad Nəcəfov APA-ya açıqlamasında deyib ki, sənəd qəbulu dekabrın 31-ə qədər davam edəcək. F. Nəcəfovun sözlərinə görə, imtahanda iştirak etmək və vəkil olmaq istəyənlərin sayı müzakirə mövzusu deyil: “İmtahanı uğurla verənlər vəkil adını qazanacaq”.
F. Nəcəfov indiyə qədər məhkəmə və prokurorluq orqanlarının vəkil azlığından gileylənmədiyini də söyləyib: “İki il ərzində 45 vəkil hakim olub. Bir tərəfdən vəkillərin sayı artır, digər tərəfdən isə azalır. Ancaq vəkillərin sayı nə qədər çox olarsa, bir o qədər yaxşıdır”.
Hazırda isə ölkə miqyasında 723 şəxs rəsmi şəkildə vəkillik fəaliyyəti göstərir. Qeyd edək ki, ötən qəbul zamanı imtahanda iştirak edən 441 nəfərdən 240-ı vəkil adını qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR