Bank Of Baku

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin rəisi Azər Məmmədov başqa vəzifəyə təyin olunub

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin rəisi Azər Məmmədov başqa vəzifəyə təyin olunub
# 01 dekabr 2008 16:07 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Bölməsinin (PB) rəisi Azər Məmmədov tutduğu vəzifədən azad edilib. Sabunçu RPİ-dən APA-ya verilən məlumata görə, A. Məmmədov Suraxanı rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib. A. Məmmədovun yeri isə hələlik boşdur.

Qeyd edək ki, A. Məmmədov uzun müddət Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinin rəisi vəzifəsində çalışıb. Onun bölmə rəisi vəzifəsində çalışdığı dövrlərdə rayonun Nardaran və digər kəndlərində bir sıra mütəşəkkil cinayətkar dəstə üzvləri zərərsizləşdirilib, bir çox xüsusilə ağır cinayətlər törətmiş şəxslər məsuliyyətə cəlb ediliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR