Bank Of Baku

Azərbaycan paytaxtında 21 yaşlı qız öz evinin qarşısında bıçaqlanıb

Azərbaycan paytaxtında 21 yaşlı qız öz evinin qarşısında bıçaqlanıb
# 02 dekabr 2008 07:51 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Bakıda 21 yaşlı qız öz evinin qarşısında bıçaqlanıb. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Suraxanı rayonunun Əmircan qəsəbəsində baş verib. Qəsəbə sakini, 1987-ci il təvəllüdlü Aytən Pənah qızı Həsənova yaşadığı evin qarşısında naməlum şəxs tərəfindən bıçaqlanıb. Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən, 1989-cu il təvəllüdlü Çələbi Arif oğlu Çələbiyev saxlanılıb. A. Həsənova isə ağır bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR