Bank Of Baku

Bakıda iki nəfərin ölümü, bir nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib

Bakıda iki nəfərin ölümü, bir nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib
# 02 dekabr 2008 08:15 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Ötən gecə Bakıda iki nəfərin ölümü, bir nəfərin isə ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə saat 1.20 radələrində Nardaran qəsəbəsində baş verib. Qəsəbə sakini, 1985-ci il təvəllüdlü Rəşad Məmmədzahid oğlu Seyidov idarə etdiyi “VAZ-21011” markalı, 10-XC-105 dövlət nömrə nişanlı maşını ərazidən keçən qaz borusuna çırpıb. Qəza nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib. Maşında olan sərnişinlər 1986-cı il təvəllüdlü Abdullayev Anar Əbülfəz oğlu və 1988-ci il təvəllüdlü Cəlilov Hacıəli Rafael oğlu ağır bədən xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər. A. Abdullayev aldığı xəsarətdən xəstəxanada ölüb. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR