Bank Of Baku

Azərbaycan paytaxtında əhali arasında pornoqrafik materiallar yayan şəxs həbs edilib

Azərbaycan paytaxtında əhali arasında pornoqrafik materiallar yayan şəxs həbs edilib
# 02 dekabr 2008 08:37 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1979-cu il təvəllüdlü Mürvət Haqverdiyev Cinayət Məcəlləsinin 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddəsi ilə təqsirli bilinir. Onun Əzizbəyov rayonu ərazisində fəaliyyət göstərən ticarət mərkəzlərinin birində çalışdığı və bu əməllə də orada məşğul olduğu bildirilir. Yerli əhalinin şikayəti əsasında Əzizbəyov rayon Məhkəməsi onun həbsi barədə qərar çıxarıb. Əzizbəyov Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M. Haqverdiyev ötən gün saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR