Bank Of Baku

Səbayel rayon İcra Hakimiyyəti: Bayıldakı sürüşmə zonasında yerləşən 151 ev köçürüləcək

Səbayel rayon İcra Hakimiyyəti: Bayıldakı sürüşmə zonasında yerləşən 151 ev köçürüləcək
# 02 dekabr 2008 15:00 (UTC +04:00)
İcra hakimiyyətinin şöbə müdiri İsrafil Kərimovun APA-ya verdiyi məlumata görə, hazırda sürüşmə zonasında 151 ev yerləşir. O, 2000-ci il torpaq sürüşməsi zamanı Nazirlər Kabineti tərəfindən yaradılan komissiyanın qərarı ilə həmin ərazidən 144 ailənin başqa yerə köçürüldüyünü deyib. Digər ailələrin isə hələ də sürüşmə ərazisində yaşadığını bildirən İ. Kərimov onların da köçürülməsinin nəzərdə tutulduğunu bildirib: “Amma o zaman nəzərdə tutulan kompensasiyanın məbləği ilə indi ev bazarındakı qiymətlər kəskin fərqlənir. Bununla bağlı Səbayel rayon İcra Hakimiyyəti bir neçə dəfə Bakı şəhər İcra Hakimiyyətinə və Nazirlər Kabinetinə müraciət edib. Bunun davamı olaraq Səbayel rayon İcra Hakimiyyətinin tapşırığı ilə dekabrın 1-dən Səbayel rayon Mənzil Kommunal Tikinti İdarəsi, 46 və 58 saylı Mənzil İstismar Sahələri 151 evin inventarizasiyasını aparırlar. Burada məqsəd hər evin dəyərinin nə qədər olmasını müəyyənləşdirməkdir”.

İ. Kərimov sakinlərə hansı prinsiplərlə kompensasiya ödəniləcəyi barədə məlumatının olmadığını deyib: “Bunu Nazirlər Kabineti müəyyənləşdirəcək. Ya adambaşına, ya da hər kvadrat metrə görə kompensasiya ödəniləcək”.

İ. Kərimov onu da qeyd edib ki, 2000-ci ildən bəri dəfələrlə sürüşmə zonasında qanunsuz ev tikməyə cəhdlər olsa da, bunun qarşısı İcra Hakimiyyəti tərəfindən alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR