Bank Of Baku

Vətəndaşları aldadaraq onların xeyli miqdarda pulunu mənimsəyən Sumqayıt sakini həbs edilib

Vətəndaşları aldadaraq onların xeyli miqdarda pulunu mənimsəyən Sumqayıt sakini həbs edilib
# 02 dekabr 2008 15:39 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Sumqayıt şəhərində vətəndaşları aldadaraq onların xeyli miqdarda pulunu mənimsəyən şəxs həbs edilib. Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, şəhər sakini, 1955-ci il təvəllüdlü Dəstəbəy Məmmədov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinir. O, Sumqayıt şəhər sakini, 1957-ci il təvəllüdlü Akif Bayramovun torpaq satmaq adı ilə 8400 manat pulunu mənimsəməkdə təqsirli bilinərək həbs edilib. Məlumata görə, araşdırma zamanı onun daha bir neçə şəxsin pulunu mənimsədiyi aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR