Bank Of Baku

Biləsuvarın mərkəzində rayon sakini özünü yandırıb

Biləsuvarın mərkəzində rayon sakini özünü yandırıb
# 02 dekabr 2008 19:29 (UTC +04:00)
Rayon sakinlərinin APA-ya verdikləri məlumata görə, rayonun Əmənkənd kənd sakini, 1974-cü il təvəllüdlü Samirə fondun yerli şöbəsinin əməkdaşlarının süründürməçiliyinə özünü yandırmaqla etirazını bildirib. Yaxınlıqdakı sakinlər onu dərhal rayon mərkəzi xəstəxanasına yerləşdiriblər.

Xəstəxananın baş həkimi Şamil Cəfərov APA-ya açıqlamasında faktı təsdiqləyib. Baş həkim deyib ki, S. Əliyeva 3 və 4-cü dərəcəli yanıq diaqnozu ilə xəstəxanaya daxil olub.
Ona dərhal ilkin tibbi yardım göstərilib.

Hazırda xəstənin vəziyyəti orta-ağırdır. Bədəninin bir hissəsi tamamilə yanıb. Ş. Cəfərov xəstənin sabah Bakıya göndəriləcəyini də istisna etməyib.

Faktla bağlı rayon prokurorluğunda artıq araşdırma başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR