Bank Of Baku

Həbsdə olan Qənimət və Sakit Zahidov qardaşları atalarının yas mərasimində iştirak edirlər

Həbsdə olan Qənimət və Sakit Zahidov qardaşları atalarının yas mərasimində iştirak edirlər
# 03 dekabr 2008 05:58 (UTC +04:00)
“Azadlıq” qəzetinin baş redaktoru Azər Əhmədov APA-ya deyib ki, Qənimət və Sakit Zahidov qardaşları bu gün saat 06.00 radələrində ata evlərinin yerləşdiyi Şamaxının Meysəri kəndinə gətiriliblər. Onlar bu gün günün ikinci yarısına qədər yas mərasimində iştirak edəcəklər.

Zahidov qardaşları Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşlarının nəzarəti altında yasa aparılıblar.

Qeyd edək ki, dekabrın 1-də Zahidov qardaşlarının atası Səlim Zahidov dünyasını dəyişib. Onların anaları Xədicə Zahidova övladlarının dəfndə iştirakına şərait yaradılması xahişi ilə ədliyyə naziri Fikrət Məmmədova müraciət edib. Müraciətə müsbət cavab verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR