Bank Of Baku

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
# 03 dekabr 2008 07:23 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakıxanov qəsəbəsində baş verib. Qəsəbənin Y. Əliyev küçəsində İlham Baxışovun idarə etdiyi “Mercedes” markalı, 10 LZ 154 dövlət nömrə nişanlı evakuator maşını yolu keçmək istəyən piyada, 1957-ci il təvəllüdlü Nuru Hacıyevi vurub. Qəza nəticəsində N. Hacıyev aldığı ağır bədən xəsarətindən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR