Bank Of Baku

İstanbulda HİV daşıyıcısı olan azərbaycanlı qadın saxlanılıb

İstanbulda HİV daşıyıcısı olan azərbaycanlı qadın saxlanılıb
# 03 dekabr 2008 08:21 (UTC +04:00)
İstanbul-APA. İstanbulda fahişəliklə məşğul olduğu iddiası ilə 2 azərbaycanlı qadın saxlanıb. APA-nın məlumatına görə, tibbi müayinədən keçirilən 24 yaşlı Rövşanə adlı qadında HİV virusu aşkarlanıb, 26 yaşlı Tünzalə adlı qadının isə hamilə olduğu müəyyənləşib. HİV daşıyıcısı olduğunu müayinədən sonra bildiyini deyən azərbaycanlı qadın bu virusa cinsi əlaqədə olduğu bir kişidən yoluxduğunu ehtimal edib. İki aylıq hamilə olan Tünzalə adlı qadın isə abort etdirmək niyyətində olduğunu bildirib. Hər iki azərbaycanlı qadın və onlarla birlikdə saxlanan digər dörd qadın müvafiq proseduralar başa çatdıqdan sonra ölkədən deportasiya ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR