Bank Of Baku

Azərbaycan gəmisi Dardanel boğazında Ukrayna gəmisi ilə toqquşub - YENİLƏNİB

Azərbaycan gəmisi Dardanel boğazında Ukrayna gəmisi ilə toqquşub - <font color=red>YENİLƏNİB</font>
# 03 dekabr 2008 08:31 (UTC +04:00)
APA-nın məlumatına görə, 3430 ton su tutumuna malik, 1991-ci ildə inşa olunmuş, hazırda Panama bayrağı altında üzən “Emerald 1” adlı Azərbaycan gəmisi ilə “Danapris-2” adlı Ukrayna yük gəmisinin toqquşması nəticəsində ölən və xəsarət alan olmayıb. Hadisə nəticəsində hər iki gəminin gövdə hissəsinə ciddi zərər dəyib. İlkin məlumata görə, Azərbaycan gəmisi Eysk limanına, Ukrayna gəmisi isə Rostovdan Ravennaya doğru hərəkət edirmiş. Toqquşmanın səbəbləri məlum deyil. Azərbaycan gəmisində 8, Ukrayna gəmisində isə 12 heyət üzvü olub.

Türkiyə Dəniz Administrasiyası gəmilərin batma təhlükəsinin olmadığını, hər iki gəminin Bozcaadanın şərq və şimal-şərqində lövbər saldığını bildirib. Sabah Dəniz Qəza Araşdırma Komissiyası hadisənin təfərrüatlarını aydınlaşdırmaq məqsədilə hər iki gəminin kapitanından ifadə alacaq. Administrasiyadan bildiriblər ki, qəzanın baş verməsində günahkar olan şəxslər müvafiq qaydada cəzalandırılacaq.

Azərbaycan Dövlət Dəniz Administrasiyasından isə APA-ya bildirilib ki, Azərbaycana məxsus «Emerald-1» quru yük gəmisi Panamanın SİO Shipping şirkətinə icarəyə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR