Bank Of Baku

Qəsdən adam öldürməkdə təqsirləndirilən Yardımlı sakininin məhkəməsi başlayıb

Qəsdən adam öldürməkdə təqsirləndirilən Yardımlı sakininin məhkəməsi başlayıb
# 03 dekabr 2008 10:48 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Qəsdən adam öldürməkdə təqsirləndirilən Yardımlı rayon sakininin məhkəməsi başlayıb. APA-nın məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə qəsdən adam öldürməkdə təqsirli bilinən Yardımlı rayon sakini, 1958-ci il təvəllüdlü Çingiz Musayevin işi üzrə məhkəmə baxışı iclası keçirilib. Hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs özünü cinayət işi üzrə təqsirkar bildiyini bəyan edib. Proses davam etdiriləcək.
Qeyd edək ki, Yardımlı rayon sakini Ç. Musayev ötən ilin sonunda öz həmyerlisi Yədulla Ağayevi baldızına sataşdığı üçün qətlə yetirməkdə təqsirli bilinir. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR