Bank Of Baku

Qənimət və Sakit Zahidovlara atalarının yas mərasimi başa çatana qədər kənddə qalmağa icazə verilib

Qənimət və Sakit Zahidovlara atalarının yas mərasimi başa çatana qədər kənddə qalmağa icazə verilib
# 03 dekabr 2008 13:30 (UTC +04:00)
Bu barədə APA-ya “Azadlıq” qəzetinin baş redaktoru Azər Əhmədov məlumat verib. A. Əhmədov bildirib ki, öncədən Zahidov qardaşlarının yas mərasimində dekabrın 3-ü saat 16.00-dək iştirakına icazə verildiyi bildirilsə də, onlar mərasimdə dustaq kimi deyil, ev sahibi kimi iştirak etdiklərindən, mərasim başa çatana qədər kənddə qalmalarına icazə verilib.

Qeyd edək ki, Zahidov qardaşları bu gün saat 06.00 radələrində ata evlərinin yerləşdiyi Şamaxının Meysəri kəndinə gətiriliblər. Onlar yas mərasimində Penitensiar Xidmətin əməkdaşlarının nəzarəti altında iştirak edirlər.

Xatırladaq ki, Zahidov qardaşlarının atası Səlim Zahidov dekabrın 1-də dünyasını dəyişib. Onların anaları Xədicə Zahidova övladlarının yas mərasimində iştirakına şərait yaradılması xahişi ilə ədliyyə naziri Fikrət Məmmədova müraciət edib. Müraciətə müsbət cavab verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR