Bank Of Baku

Qənimət Zahid: “Yas mərasimində iştirakımız barədə qərar qəbul edənlərə təşəkkür edirəm” - EKSKLÜZİV

Qənimət Zahid: “Yas mərasimində iştirakımız barədə qərar qəbul edənlərə təşəkkür edirəm” - <font color=red>EKSKLÜZİV</font>
# 03 dekabr 2008 13:55 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında atası Səlim Zahidovun yas mərasimində iştirak edən Qənimət Zahid deyib. Q. Zahid bildirib ki, onun və qardaşının atasının dəfn mərasimdə iştirak etməsinə icazə verilməsinin ardınca azadlığa buraxılacaqları ilə bağlı qərarın veriləcəyini proqnozlaşdırmaq mümkün deyil. Q. Zahid qardaşı ilə birlikdə bu gün geri - cəza çəkdikləri müəssisəyə qaytarılacaqlarını bildirib: “Amma müddətin daha bir gün uzadılacağı da istisna deyil”.

Qeyd edək ki, Zahidov qardaşları bu gün saat 06.00 radələrində ata evlərinin yerləşdiyi Şamaxının Meysəri kəndinə gətiriliblər. Onlar yas mərasimində Penitensiar Xidmətin əməkdaşlarının nəzarəti altında iştirak edirlər.

Xatırladaq ki, Zahidov qardaşlarının atası Səlim Zahidov dekabrın 1-də dünyasını dəyişib. Onların anaları Xədicə Zahidova övladlarının yas mərasimində iştirakına şərait yaradılması xahişi ilə ədliyyə naziri Fikrət Məmmədova müraciət edib. Müraciətə müsbət cavab verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR